Accessibility links

Koalisiya qüvvələri Əfqanıstanda qiyamçılara qarşı yeni əməliyyatlara başlayıb - 2004-07-14


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri qiyamçıların mülki vətəndaşların üzərinə hücumlarının qarşısını almaq və ölkədə seçkilərin təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün yeni geniş miqyaslı əməliyyatlara başlayıb. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi Con Siepmann deyir ki, bu əməliyyatın məqsədi oktyabrın 9-da prezident, apreldə isə parlament seçkilərinin keçirilməsinə yaraqlıların əngəl törətmələrinin qarşısını almaqdır. Taliban rejiminin qalıqları indiki Əfqanıstan hökumətinə qarşı mübarizə aparacaqlarına and içiblər. Onlar bu məqsəd üçün seçkiləri pozmağa çalışırlar. Taliban rejiminin qalıqları idddia edirlər ki, Birləşmiş Ştatlar seçkilərin keçirilməsi yolu ilə Əfqanıstanda hökmran olmaq istəyir. Mayor Siepmann deyir ki, yaraqlılar son vaxtlar hücumlarını şiddətləndiriblər. Yaraqlılar bundan əvvəl koalisiya qüvvələrə hücumlar edirdilər. Lakin indi onlar taktikalarını dəyişib, mülki vətəndaşların üzərinə hücumlar edirlkər. Onlar həmçinin adamların çox olduğu yerlərdə bomba partladırlar. Buna keçən bazar günü Heratda baş vermiş bomba partlayışını misal gətirmək olar. Yaraqlılar seçki komissiyasının üzvlərini də qətlə yetirirlər. Əfqanıstanın Xarici İşlər Naziri Abdulla Pakistanda deyib ki, minlərlə keçmiş Taliban döyüşçüsü silahını Əfqanıstan hökumətinə təhvil verib. Hökumət onları keçmiş cinayətlərinə görə ittiham etməyəcək. Lakin silahı təhvil verməyən yaraqlıları bağışlamayacaq.

XS
SM
MD
LG