Accessibility links

Filippin öz qoşunlarını İraqdan çıxarır - 2004-07-16


Filippin bu gün İraqda yerləşdirilmiş humanitar qüvvələrinin əlavə 11 üzvünü həmin ölkədən çıxarıb. Hökumətin bu addımı İraqda Filippin vətəndaşını girov götürənləriun tələbləri əsasında atılır. Yüksək səviyyəli Manila rəsmisi qeyd edib ki, Filippin qüvvələrinin yerdə qalan hissəsi yaxın gələcəkdə İraqı tərk edəcək. Ancelo dela Kruzu girov götürənlər onun Filippinin 51 əsgərinin ölkəni tərk etməsindən sonra azad ediləcəyini bildiriblər. Bu arada Dəclə çayından başsız meyid çıxarılıb. Güman edilir ki, bu bədən Əbu Müsab əl-Zərqavı militantları tərəfindən bir az əvvəl girov götürülmüş Bolqar girovuna məxsusdur.

XS
SM
MD
LG