Accessibility links

Moqtada Əl-Sədrin qəzeti yenidən çıxacaq - 2004-07-18


İraqın müvəqqəti hökuməti radikal Şiə ruhanisi Moqtada əl-Sədrin qəzetinə vaxtikən Amerika tərəfindən qoyulmuş qadağanı qaldırıb. Bağdad hökumətinin verdiyi bəyanatda bu addım Baş Nazir İyad Ələvinin mətbuat azadlığına inamı ilə əlaqələndirlir. Qeyd edək ki, İraqın keçmiş Amerikalı idarəçisi Pol Bremer Mart ayında əl-Həvzə qəzetini dəfələrlə Amerikaya qarşı zorakılığa səsləməkdə ittiham edərək onu bağlamışdı. Qəzetin bağlanması o zaman böyük etiraz dalğasına təkan vermişdi. Bu addımın ardınca əl-Sədrin Mehdi Ordusunun üzvləri və Amerika əsgərləri arasında baş verən toqquşmalar zamanı yüzlərlə İraqlı öldürülmüşdü.

XS
SM
MD
LG