Accessibility links

Caz ustası Vunton Marsalisin yeni albomu - 2004-07-18


Vunton Marsalis məşhur caz musiqiçisi, bəstəkar və dirijordur. O, Nyu Yorkda Linkoln Mərkəzində caz klubunun bədii rəhbəridir. 1997-ci ildə Vunton Marsalis musiqi sahəsində Pulitzer mükafatını alan ilk caz ustası olmuşdur. Onun indiyə qədər 40-dan çox musiqi albomu çıxmışdır. Bu günlər Vunton Marsalis yeni albom buraxıb. Vunton Marsalis kvartetinin albomu “The Magic Hour” adlanır.

Musiqiçi deyir ki, “the magic hour”, ailə üçün nəzərdə tutulub. Uşaqlar musiqiyə yatmağa getməmişdən əvvəl, valideynlərsə uşaqlar yatandan sonra qulaq asa bilərlər. Marsalisin dediyi kimi, bu alboma daxil olmuş mahnılar “hər birimizin içində yaşayan bir balaca uşağı” tərənnüm edir. Buradakı mahnılar sadədir, anlaşıqlıdır. Məsələn, “Free to Be” kimi. “The Magic Hour” adlı yeni albomda kompozisiyaları Vunton Marsalislə yanaşı, caz musiqisini kvartetdə çalmaq istəyən daha üç musiqiçi ifa edir. Alboma daxil olmuş mahnıları başqa iki müğənni ifa edir. Onlardan biri “Baby, İ Love You” mahnısı ifa edən müğənni Bobbi MakFerrindır.

Vunton Marsalis dünyanın ən tanınmış caz ustalarından biri hesab edilir. Üç il bundan əvvəl BMT-nin baş katibi Kofi Annan Marsalisi sülh elçisi adlandırmışdır. Vunton Marsalis və onun qrupu bu yay mövsümü Amerika Birləşmiş Ştatları və dünyanın 10 ölkəsində qastrol konsertləri verir. Musiqi proqramını “The Magic Hour” albomundan “Skipping” mahnısı ilə bitiririk.

XS
SM
MD
LG