Accessibility links

İran prezident Buşun bəyanatını cəfəngiyyat adlandırıb - 2004-07-21


Tehran prezident Buşun İranın sentyabrda 11-i Birləşmiş Ştatlara qarşı terrorçu hücumların edilməsində əli ola bilməsi barədəki bəyanatı saxta və cəfəngiyyat adlandırıb. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həmid Reza Asəfi deyib ki, İranın Birləşmiş Ştatlara edilən hücumlarda birbaşa, və ya dolayı yollarla əli olduğu barədəki iddialar tam saxta və mənasızdır. Cənab Asəfi İranın Xəbərlər agentliyinə deyib ki, hökuməti sərhədlərindən qeyri qanuni keçənlərdən xəbərsiz ola bilər. Lakin 11 sentyabr hücumlarının iştirakçılarına özü viza və yaşamaq icazəsi verən, təyyarə sürmək və təxribatçılıq sahələrində təlimlər verən bir ölkənin İrana qarşı belə iddialar irəli sürməsi çox qəribə bir haldır. Prezident Buşun Vaşinqtonun setyabrın 11-də Əl-Qaidənın Birləşmiş Ştatlara etdiyi hücumlarda İranın əli olub olmaması haqda araşdırmalar apardığı barədəki bəyanatına müxtəlif reaksiyalar olub. Londonda yerləşən Ərəb və İran araşdırma mərkəzinin başçısı Əli Nurizadə deyir ki, bəzi siyasi təhlilçilər prezident Buşun bəyanatını İranla dialoqa girmək kimi dəyərləndirirlər. Cənab Buş bazar ertəsi etdiyi bəyanatında deyib ki, əgər İran Birləşmiş Ştatlarla yaxşı münasibətlər yaratmaq istəyirsə nüvə proqramından əl çəkməli və terrorçuları dəstəkləməməlidir. Cənab Asəfi isə bildirib ki, artıq mükafat və cəza siyasətinin vaxtı keçib. İran iki tərəfin marağını nəzərə alan dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. İran Əl-Qaidaya qarşıdır. Prezident Buşun bəyanatına gəldikdə bu, prezident seçkilərinin yaxınlaşması ilə əlaqədardır. İran həmçinin bildirib ki, 11- sentyabr hücumlarında iştirak edənlərin bəzilərinin İranda ola bilmələri mümkündür. Bu da İranın Əfqanıstan və Pakistanla sərhədlərinə yaxşı nəzarət etməməsi və sərhəd bölgələrindəki ərazilərin şəraiti ilə bağlıdır.

XS
SM
MD
LG