Accessibility links

Fələstin parlamenti baş nazir Qureyanın istefasının qəbul edilməsini istəyir - 2004-07-21


Fələstin parlamenti bir həftə davam edən siyasi hərcmərclik və zorakılıq hərəkətlərındən sonra cənab Ərafatı baş nazir Əhməd Qureyanın istefasını qəbul etməyə çağırıb. Parlament həmçinin yeni hökuməti İordan çayının qərb sahili və Qəzzə zolağında təhlükəsizliyin təmin etməsinə dəvət edib. Baş nazir Qureya Qəzzə zolağında bir sıra adamların oğurlanmasından sonra, keçən şənbə günü istefa vermişdi. Lakin cənab Ərafat onun istefasını qəbul etməmişdi. Bu arada dünən axşam naməlum silahlı şəxs Ramallah şəhərində Fələstinin keçmiş məlumat naziri və Yasir Ərafatın tənqidçisi Nəbil Əmri ayağından ağır yaralamışdır. Cənab Əmr bu gün deyib ki, bu hadisə onu susdurmayacaq.

XS
SM
MD
LG