İspandilli seçicilər arasında aparılmış sorğunun nəticələri göstərir ki, Con Kerri Latinolar arasında Corc Buşdan 2qat artıq dəstəyə malikdir. Sorğuya görə cənab Kerrini Latinoların 60 faizi, Buşu isə 30 faizi dəstəkləyir. Sorğu iştirakçılarının 36 faizi Buşun prezident kimi iş qabiliyyətindən razı, 54 faizi isə narazıdır. Vaşinqton Post qəzeti, Univizion televiya kanalı və Thomas Rivera Siyasət İnstitutu tərəfindən aparılan sorğu İspandilli insanların ən çox yaşadığı, Floridaəç Kaliforniya və Texas daxil olmaqla, Amerikaın 11 ştatında həyata keçirilib. Buşun seçki kampaniyasının baş strateqi bu sorğunu qəbul etməyərək, başqa sorğularda Corc Buşun Latinolar arsında daha çox dəstəyə malik olduğunu söyləyib.