Accessibility links

Pakistan və Hindistan münaqişəni həll etmək əzmindədirlər - 2004-07-23


Pakistan və Hindistan uzun illərdir sürən Kəşmir probelminin həll etməyə və terrorizmə qarşı mübarizə aparmağa yenidən söz veriblər. Bu gün Hindistanın xarici işlər naziri Natvar Sinqx Pakistan prezidenti Pərviz Müşərrəflə İslamabadda 90 dəqiqəlik görüş keçirib vətənə döndükdən sonra bildirmişdir ki, sülh prosesində inkişafa nail olmaq əzmindədir. Xarici işlər naziri müxbirlərə deyib ki, tərəflər dialoq prosesini zorakılıqlardan azad bir şəraitd ədavam etdirmək və terorizmə qarşı daha ciddi şəkildə mübarizə aparmaq haqda razılığa gəlmişlər. May ayında Hindistanda Konqres paritiyasının hakimiyyətə gəlməsindən sonra bu, Pakistan prezidenti Müşərrəfin Dehli ilə ilk birbaşa danışıqları olmuşdur.

XS
SM
MD
LG