Artıq iki həftədir ki, Fələstində siyasi böhran davam edir. Bu gün Qəzza Zolağında silahlı qüvvələr tərəfindən polis məntəqəsi yandırılmış və hökumət binası ələ keçirilmişdir. Rəsmilərin dediyinə görə, Qəzza şəhərindən yeddi km cənubda yerləşən ƏL Zəvadda yaşayış məntəqəsində naməlum şəxslər polis məntəqəsinə hücum edərək pəncərələri sındırmiş və binanı yandırmışlar. Yanğın zamanı yaralananların olmadığı, lakin biyana ziyan dəydiyi xəbər verilir. Eyni zamanda, Qəzza şəhərinin cənubundakı Xan Yunis yaşayış məntəqəsində də onlarla silahlı şəxs Əl Əqsa Şəhidlər Briqadası ilə birlikdə hökumət binasına hücum edərək Fələstin lideri Yasir Ərafatdan onların təhlükəsizlik qüvvələrindən işdən çıxarılması qərarını ləğv etməsini tələb etmişlər.