Accessibility links

Lans Armstronq Tour de France yarışında tarixi qələbə əldə etdi - 2004-07-26


Bir-birinin ardınca altıncı dəfə qələbə çalan ilk idmançı olan amerikalı Armstronq üçnü bu həm də şəxsi həyatında triumfdur. Səkkiz bundan əvvəl xərçəngin ağ ciyərləri və beyninə qədər yayıldığı texaslı idmançıya yaşamaq şanslarının yarıbayarı olduğu deyilmişdi. Təxminən 10 il bundan əvvəl xərçənglə mübarizədə ən gərgin mübarizəsini aparmış 32 yaşlı Lans Armstronq Tur de Fransın 101 illik tairixində rekord əldə etmiş ilk idamançı oldu. Yarış başa əatdıqdan və prezident Buşun təbrik zəngindən sonra müxbirlərin suallarına cavab verən Arsmtronq dedi ki, o, 1999-cu ildə ikinci, ya da üçüncü dəfə qələbə çala biləcəyi haqda heç düşünmürdü. Paris küçələrilə finiş xəttinə çatarkən o, bu nailiyyəti qiymətləndirməyə başladığını deyir: “Bunu altı dəfə etmək görünməmiş bir şeydir. Parisdə son döngələrdə fikriləşdim ki, elə bununla bitirmək istəyirəm. Amma bundan sonra özü-özümə fikirləşdim ki, bir də bunu edim, çünki bəlkə bir daha bunu edə bilməyəcəyəm. Bununla hesablaşmamaq olmaz.”

Armstronqun son göstəriciləri 8 saat 36 dəqiqə, 2 saniyədir. Amerikalı idmançı ikinci yerə çıxan alman velosipedçisi Andreas Klodendən 6 dəqiqə 19 saniyə irəlidədir. Üçüncü yerə çıxmış italiyalı İvan Basso finişə Armstonqdan 6 dəqiqə 40 saniyə sonra çatdı. Armstronqun əsas rəqibi 1997-ci ilin çempionu, alman idmançısı Yan Ulrux dördüncü yerə çıxdı. O, Armstronqdan 8 dəqiqə 50 saniyə geridə oldu. Keçən il Armstonq Tur de Frans yarışlarında qələbə çalaraq özündən əvvəl dörd idmançının rekordunu təzələmişdir. 1903-cü ildə başalyan Tur de Frans yarışlarının Lans Armstonqdan əvəl dörd qalibi fransalı Cak Anquetil və Bernard Hinolt, belçikalı Eddi Merks və ispaniyalı Miqel İndureyn olmuşlar. Bunların arasında yalnız Armstonq və İndureyn bir-birinin ardınca beş qələbə əldə bilməyib. Bu idmançıların heç biri 31 yaşından sonra çempion olmayıb. Armstronq 32 yaşında ağır xəstəlikdən altıncı dəfə çempion ola bilmişdir. İdmançının azarkeşlərinin çoxu qollarına “Lifestrong” yazılmış sarı rəngli sarğı başlamışdır. Bu, Armstronqun “Həyatın gücü” adlı fondunun emblemidir. İdmanda olduğu kimi, rəqiblərindən güclü olduğunu göstərən Armstronq şəxsi həyatında da belə iradəyə malik bir insandır. Yaşamaq şanslarının 50 faiz olduğu deyildikdən 8 il sonra bu gün Armstronq xərçəng xəstəsi deyil. Lans Armstronqun azarkeşlərinin qollarındakı sarğılar onun böyük qələbəsinə böyük bir sübutdur.

XS
SM
MD
LG