Accessibility links

Dövlət Departamenti jurnalistlərə qarşı hücumlardan narahatdır - 2004-07-28


Birləşmiş Ştatlar Dövlət departamenti Azərbaycan hökümətini juranalistərə qarşı son hücumlarla bağlı hərtərəfli istantaqa başlmağı və bu cinayyətləri törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Bu barədə radiomuza Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə Bürosunun mətbuat katibi Katy Şalou bildirirb.

Biz Azərbaycanda jurnalistlərə qarşı son hücumlar barədə xəbərlərdən narahatıq. Biz hər iki hücumla bağlı əlavə məlumat toplayırıq.

Bir qayda olaraq bu cür hadisələr baş verərəndə biz jurnalistlərlə görüşür, onlarla yaxın əlaqədə oluruq. İnsidentlərin hansı şəraitdə baş verməsi hələlik tam məlum deyil, ona görə də, hələlik qəti nəticələr çıxarmaq tezdir.

Biz narahatçılıqlarımızı Azərbaycan hökümətinə çatdırmışıq, Biz höküməti hərtərəfli istintaqa bağlamağa, bu cinayyətləri törədənləri məsuliyyətə cəlb etməyə çağırırıq.

Biz Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyəti yaxından izləməyi davam edirik.

XS
SM
MD
LG