Accessibility links

Türkiyə Baş Naziri  Təyyüb Ərdoğan İrana Gedib - 2004-07-28


Türkiyənin baş naziri Təyyüb Ərdoğanın Tehrana səfərində üzərində ən çox danışılan məsələlərdən biri iki ölkənin PKK-ya qarşı birgə mübarizə aparması olmuşdur. Türkiyənin baş naziri İran prezidentinin birinci müavini Məhəmməd Rza Arif ilə ayrıca iqtisadi əməkdaşıq və siyasi məsələləri də müzakirə etmişdir. O Kürd terrorçulara qarşı başlatdığı əməliyyatlara görə İrana teşəkkürünü bildirmişdir. Cənab Arif isə bildirmişdir ki, İran terrorçu PKK-ya qarşı lazım olan bütün tədbirləri görəcək. İki lider ayrıca regional məsələləri də müzakirə etmişlər. Baş nazir Ərdoğan Türkiyə ilə İran arasında hazırda 2.3 milyard dollar olan ticarət həcminin 5 milyard dollara çıxardılmasına imkan olduğunu qeyd etmişdir. Türkiyə ayrıca İrandan aldığı qazın qiymətində güzəştə gedilməsini istəyir və iki ölkənin enerji nazirləri bu məsələni müzakirə etməlidirlər. Cənab Ərdoğan İranın nüvə silahlarının yayılmaması müqaviləsini imzalamasından məmnun olduğunu bildirmiş, Beynəlxalq Atom Enerji Agentliyi ilə əməkdaşlığın İranın nüvə s proqramı barədə şübhələrin qarşısını alacağını söyləmişdir. Cənab Arif də İranın nüvə proqramının dinc məqsədli olduğunu təkid etmişdir. Ərdoğan İranın, Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmasını dəsdəkləməsini tələb etmişdir.

Türkiyənin baş naziri irana turizm sahəsində də əməkdaşlıq təklif etmişdir. O, Tehran Üniversitetində Türk Dili və Ədəbiyyatı Şöbəsinin açılmasından razılığını bildirmiş ancaq qeyd etmişdir ki, belə bir şöbənin Təbriz üniversitetində açılması daha yaxşı olardı. Türkiyə İranı BMT-nin son qərarlarını nəzərə alaraq Şimalı Kipr Türk Respublikasına qarşı sanqsiyalara son qoymağa çağırmışdır. İran və Türkiyə İraqın ərazi bitövlüyünü dəsdəklədiklərini də təkid etmişlər.

Cənab Rza Arif isə İran, Pakistan və Türiyə arasında azad ticarət zonası yaradılması və gələcəkdə buna Suriya və Livann da daxil edilməsi ideyasını irəli sürmüşdür.

XS
SM
MD
LG