Accessibility links

Demokratların Qurultayı Davam Edir - 2004-07-28


Demokratlar partiyasının Bostonda davam edən qurultayında dünən çıxış edən, İllinoinin Ştat Senatoru Barack Obama qurultayda və mətbuatda haqqında ən çox danışılan şəxs olmuşdur. Atası Kenyalı və anası ağ olan Barack Obama ABŞ senatına İllinoidən namizeddir. O, yüksək maaşlı korporasiya vəkilliyi əvəzinə yoxsullara yardım sahəsində fəaliyyətə üstünlük vermiş, rəhbərlik qabiliyyəti ilə ölkə miqyasında diqqətləri üzərinə cəlb etmişdir. O çıxışında demişdir ki, biz orta sinifin vəziyyətini yaxşılaşdırıb, həriki valideynin işlədiyi ailələrə kömək etmək niyyətindəyik. Biz evsizləri, evlə, işsizləri işlə təmin edib, Amerikanın hər tərəfində cavanların zorakılıq hərəkətlərində iştirakının qabağını alıb, onları elmə və məktəblərə cəlb edəcəyik. Bu gecə isə qurultayda Demokratların vitze prezident namizedi Con Edvards çıxış edəcək. Şimalı Karolinadan Senator olan Con Edvards bir toxuma zavodu fəhləsinin oğludur. O ailəsində ali təhsil almış birinci adamdır. Con Edvards iyirmi ilə yaxın vəkil olaraq işləmiş, sıravi adamları böyük korporasiyalar və xəstəxanalar qarşısında təmsil edərək onlar üçün böyüq miqdarda təzminat ödənməsinə nail olmuşdur. Mətbuat xəbərlərinə görə Senator Edvards hüquqşünas kimi, həmin məhkəmə işlərindən 25 milyon dollara qədər pul qazanmışdır. Senator Edvards, yaxşı natiq olması, adamları özünə cəlb etmə qabiliyyətinə görə, Demokratların Prezident Namizedi Con Keriyə kömək edəcəyi ümidiylə vitze prezidentliyə namized olacaq.

XS
SM
MD
LG