Accessibility links

Con Kerri bu gün rəsmən prezidentliyə namizədliyi qəbul edəcək - 2004-07-29


Con Kerri bu gün rəsmən Demokrat Partiyasından prezidentliyə namizədliyi qəbul edəcək. Bu hadisə 4 gündür ki, Massaçusetsli senatoru güclü və döyüş görmüş lider kimi göylərə qaldıran qurultayın kulminasiya nöqtəsi olacaq. Kerri öz çıxışının sürpriz olacağını deyir. Cənab Kerrinin tərəfdaşı, Şimali Karolinalı Con Edvardzın vitse-prezidentliyə namizədliyi də həmçinin bu gün Bostonda keçirilən qurultayın sonuncu sessiyasında rəsmən təsdiqlənəcək. Cənab Edvardz dünən qurultayda çıxış edərək Kerrini yeni iş yerləri yaradacaq, səhiyyə sistemində islahatlar aparacaq və terrorçulara qarşı kəkin mübarizə aparacaq bir lider kimi təsvir etdi. O, seçiciləri Respublikaçıların prezidentlik uğrunda kampaniyanın səviyyəsini endirmək üçün göstərdiyi səylərə uymamağa çağırdı. Prezident Buş isə bu həftəni özünün Texasdakı rançında keçirir. O, bu gün Vaşinqtona dönəcək. Respuklaçılar özlərinin Avqust ayında Nyu Yorkda keçirəcəkləri qurultayda cənab Buşun prezidentliyə namizədliyini yenidən irəli sürəcəklər.

XS
SM
MD
LG