Accessibility links

Kürd qiyamçıları Türk polisinə hücum edib - 2004-07-29


Türkiyə təhlükəsizlik idarəsinin rəsmiləri Kürd qiyamçılarının Diyarbəkirdə bir polisi öldürdüyünü, o birin isə yaraladığını xəbər verir. Bu hücum qiyamçıların 5 illik birtərəfli atəşkəsin sona yetməsi haqda İyunda verdiyi bəyanatdan sonra edilən ilk hücumdur. Bu arada Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğan qonşu İrana ikigünlük səfərini başa vurmaq üzrədir. O, burada İran rəhbərləri ilə Kürd qiyamçıları ilə bağlı narahatçılıqlarını müzakirə edib. Deyilənlərə görə, cənab Ərdoğan Tehran hökumətindən Kürd qiyamçı quruplarını terrorçu təşkilatlar siyahısına əlavə etməyi xahiş edib. Bu görüşdə iki ölkə arasında iqtisadiyyat və təhlükəsizlik məslələri ilə bağlı qarşılıqlı müqavilələrin imzalanacağı gözlənilir.

XS
SM
MD
LG