Accessibility links

Respublikaçılar Con Kerrini mövqeyini tez-tez dəyişməkdə suçlayırlar - 2004-07-29


Birləşmiş Ştatlar Respublikaçılar Partiyasının üzvləri Demokratların Bostondakı qurultayının cəlb etdiyi diqqətə cavab olaraq Con Kerrinin İraq məsələsində mövqeyini bir neçə dəfə dəyişdirdiyini göstərən video açıqlamışlar. 11 dəqiqəlik video mediaya və Respublikaçıların 8 milyon tərəfdarlarına email vasitəsilə yayılıb. Həmin videoda Kerrinin 2001 və 2002-ci illərdə Səddam Hüseyn əleyhinə danışdığı göstərilir. Sonrakı videolarda isə Kerrinin tonu yumşalır və 2004-cü ildə o, müharibəyə qarşı olduğunu bildirir. Videonun buraxıldığı ofisin bayırında dayanan Demokratlar Con Kerrinin şərhlərinin kontekstdən çıxarıldığını bildirirlər. Onlar da öz növbələrində şərhlərin daxil olduğu müsahibənin tam mətnlərini ictimaiyyətə paylayıblar.

XS
SM
MD
LG