Accessibility links

Neft qiymətləri rekord səviyyəyə çatıb - 2004-07-30


Nyu York birjasında yüngül xam neftin qiyməti son 21 ildə ən yüksək həddə çataraq, bir barrel üçün 43 dollar 30 sent təşkil edib. Londonda Brent xam neftin qiyməti isə Körfəz müharibəsi dövründən sonra ən yüksək 40 dollar səviyyəsinə çatıb. Neft qiymətləri çərşənbə günü Rusiyanın neft nəhəngi YUKOS-un neft satışını dayandıra bilməsi haqda xəbərlərdən sonra artmağa başlamışdır. Rusiya Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən böyük neft ixrac edən ölkəsi, YUKOS isə Rusiyanın ən böyük neft istehsal edən şirkətidir. OPEK-in hazırda istehsal etdiyi neftin həcmi 95 faiz təşkil etməsi Rusiya, ya da İraqdan neftlə təminat dayanarsa, kartelin bu boşluğu doldura bilməməsilə bağlı narahatlıqları artırır.

XS
SM
MD
LG