Prezident Buş və onun Demokrat rəqibi Con Kerri qarşıdan gələn prezident seçkilərində həlledici rol oynayacaq ştatlarda seçki kampaniyaların davam etdirirlər. Cənab Buş özünün 2 günlük kampaniya səfərini bu gün Ohayo və Pennsilvaniya ştatlarında başa vuracaq. Dünən Mizuri və Mişıqan ştatlarında olan Corc Buş öz administrasiyasının təhsil, iqtisadiyyat və terrora qarşı müharibə sahəsindəki nailiyyətlərini önə çəkmişdir. Cənab Kerri və onun vitse-prezidentliyə namizəd tərəfdaşı Senator Con Edvardz isə Pennsivlaniyanın paytaxtı Harrisburqdan başlayaraq iki həftə davam edəcək ölkə miqyaslı tura başlamışlar.