Accessibility links

Afinada təhlükəsizlik tədbirləri həyata keçirilir - 2004-08-02


Avqust ayının 13-ü yay olimpiada oyunlarına hazırlaşan Yunanıstanın paytaxtı Afinada geniş təhlükəsizlik tədbirləri həyata keçirilir. 4 milyon əhalisi olan paytaxtın bəzi bölgələri bağlanmış, nəqliyyata kəksin məhdudiyyətlər qoyulmuş, şəhərə 70 min hərbi qüvvə və polis işçisi yerləşdirilmişdir. Egey dənizi və Yunanıstan səmalarına hərbi dəniz və hava qüvvələri tərəfindən keşik çəkilir. Olimpiya oyunlarında 16 min idmançı, rəsmi nümayəndə və yüz minlərlə tamaşaçının iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG