Accessibility links

Kerri administrasiyanı dərhal tədbir görməməkdə ittiham edir - 2004-08-02


Demokrat partiyasından prezidentliyə namizəd Con Kerri Buş administrasiyasını sentyabrın 11-i komissiyasının tövsiyə etdiyi təhlükəsizlik tədbirlərini ləng həyata keçirməkdə ittiham edib. CNN televiziya şirkətinə müsahibədə cənab Kerri Ağ Evin əslində, 2001-ci il terror hücumlarını araşdıran ikipartiyalı heyətin təşkilinə etiraz etdiyini deyib. Senator Kerri habelə administrasiyanın limanları, kimya və nüvə obyektlərini müdafiə etmək üçün kifayət qədər iş görmədiyini və terrorizmə qarşı daha effektiv mübarizə aparıla bildiyini qeyd edib.

XS
SM
MD
LG