Accessibility links

Münaqişələrdə iştirak edən Amerika əsgərləri arasında əqli-psixi problemlərin yarandığı müşahidə olunub - 2004-08-02


Mütəxəssislərin son araşdırmaları Əfqanıstan və İraqda hərbi xidmətini başa çatdırıb vətənə qayıtmış Amerika əsgərləri arasında əqli-psixi problemlərin yarandığını göstərib. Valter Rid ordu tədqiqat insitututunun mütəxəssisləri İraqda döyüşmüş əsgərlər arasında psixi problemlərin daha çox yarandığnı aşkar ediblər. Hərbi dəniz donanmasının 6 min əsgəri arasında aparılmış tədqiqatın nəticələri Nyu England tibb jurnalında dərc olunub. Həkimlərin bildirdiyinə görə, bu, uzun münaqişələr zamanı əsgərlər arasında psixoloji problemlərlə əlaqədar ilk böyük araşdırmadır. Mütəxəssilər İraqda xidmət etmiş əsgərlərin 17 faizində ciddi depressiya və əsəb sarsıntılarının müşahidə olunduğu haqda nəticə çıxarmışlar. Əfqanıstanda xidmət etmiş əsgərlərə gəldikdə, onların yalnız 7 faizində belə hallar aşkar edilmişdir. Əsəb sarsıntıları səbəbsiz ağlamaq, yuxusuzluq və müxtəlif sosial vəziyətlərdə nəzarətin itirilməsi kimi hallara gətirib çıxara bilər. Tədqiqata Volter Rid institutunda psixiatriya şöbəsinin müdiri doktor Çarlz Hoq rəhbərlik edib. Onun başçılıq etdiyi qrup əsgərlərə müharibəyə getməmiş və hərbi qulluqdan sonra bir neçə ay müxtəlif suallar vermişlər. İraqdan qayıtımş əsgərlər arasında müxtəlif əsəb pozuntularının olmasını mütəxəssislər bir neçə səbəblə izah edirlər. Məsələn, əsgərlərin 90 faizi İraqda olarkən ya düşmən tərəfindən hücuma məruz qalmış, ya da düşmən qüvvələri tərəfindən mühasirəyə alınmışlar. Müqayisə üçün Əfqanıstanda xidmət etmiş əsglərlərin 60 faizi bu hallarla qarşılaşıb. İraqda hərbi qulluqda olan əsgərlərin 90 faizindən çoxu onlara atəş açıldığını deyib. Bu, Əfqanıstanda olan əsgələrin 66 faizində müşahidə olunur. Tədiqiqat həmçinin göstərib ki, İraqda xidmət etmiş əsgərlərin yarısından çoxu düşmənə güllə açaraq onun ölümünə bais olduğunu deyib. Əfqanıstanda əsgərlərin yalnız 12 faizi bunun baş verdiyini söyləyib. Müasir münaqişələrdə iştirak etmiş Amerika əsgərlər Vyetnam müharibəsinin veteranları ilə müqayisə edilib. Bu müqayisə nəticəsində, Vyetnam veteranları arasında depressiya hallarının daha artıq müşahidə olunduğu haqda nəticə çıxarılıb. Lakin doktor Hoq Vyetnam müharibəsi veteranları arasında tədqiqatın 1975-ci ildə müharibənin bitməsindən sonra yalnız keçən il aparıldığını deyir. Məhz bu tədqiqat nəticəsində travmadan sonrakı stress, ya da əsəb sarsıntıları xəstəlik kimi tanınmağa başlamışdır. Tədqiqat Körfəz müharibəsində iştirak etmiş Amerika əsgərləri arasında da aparılmışdır. Ekpertlər əsəb pozuntularının əsgərlərin vətənə qayıtmasından iki il sonra özünü büruzə verdiyini deyiblər. Bütün bunlarla yanaşı, tədqiqat nəticəsində müəyyən edilmişdir ki, əsgərlər zəif görünməmək üçün müalicə olunmaqdan çəkinmişlər. Lakin ABŞ Müdafiə nazirliyi bildirir ki, əsgərlərə bu kimi problemlər meydana çıxarkən yardım etmək üçün əvvəlki illərlə müqayisədə səyləri xeyli artırmışdır.

XS
SM
MD
LG