Accessibility links

Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Azərbayсanda görüşlərə başlayıb - 2004-08-04


Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri İsveçrəli deputat Andreass Qross və Estoniyalı deputat Andres Herkel hələ uzun müddət ölkədə monitorinq aparılacağını bildirib. Bu gün məruzəçilərin yerli hüquq-müdafiə təşkilatlarının rəhbərləri və deputatlarla görüşündə mətbuat azadlığı, siyasi məhbus, işgəncələr, Ermənistan-Azərbaycan münaqişəsi və başqa problemlər ətrafında fikir mübadiləsi aparılıb. Andreas Qross bildirib ki, Azərbaycan bu ilin oktyabrında bələdiyyə seçkilərini Avropa standartlarına uyğun keçirməli və dünyada ölkədə demokratiyanın inkişaf etdiyini sübut etməlidir. Human Rights Watch hüquq-müdafiə təşkilatı Azərbaycanda söz,fikir azadlığı və mətbuat sahəsində vəziyyətlə bağlı hesabatını açıqlayıb. Təşkilat "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun dərhal həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG