Prezident Buş və onun demokrat partiyasından rəqibi Con Kerri noyabr prezident seçkilərində qələbələrini təmin edəcək əsas məsələlərlə bağlı kampaniyanı eyni-Ayova ştatının Davenport şəhərində, biri-birindən 3 kvartallıq məsafədə aparırlar. Xatırladaq ki, 2000-ci ildə prezident Buş bu şəhərdə cüzi fərqlə demokrat Əl Qora məğlub olmuşdu. Prezident Buş bu gün axşam kampaniyasını qonşu Minnesota ştatında davam etdirəcək.