Accessibility links

Terror hücumu haqda xəbərdarlığa Əl-Qaidənin yeni fəallığı əsas olub - 2004-08-04


Nyu York Tayms qəzeti yüksək səviyyəli rəsmi nümayəndələrə istinadən xəbər verir ki, Birləşmiş Ştatların üç böyük şəhərində mümkün terror hücumu haqda xəbərdarlıq keçən həftə Ağ Evin aldığı yeni kəfşiyyat məlumatlarına əsasən verilib. Qəzet yazır ki, kəşfiyyat orqanları rəsmisinin bildirdiyinə görə, Əl-Qaidənin son zamanlar fəaliyyəti terror şəbəkəsinin ABŞ-da hücum həyata keçirmək mərhələsində olduğuna dair şübhə qoymayıb. Bu inkişaflar ABŞ rəsmilərinin Nyu York, Vaşinqton və Nyuvark şəhərlərində terror hücumu ilə bağlı bazar günü verilmiş xəbərdarlığın üç il bundan əvvəlki kəfşiyyat məlumatlarına əsaslandığını etiraf etməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG