Respublikaçı senator və Vietnam müharibəsinin veteranı John McCain Demokrat partiyasının prezidentliyə namizədi John Kerriyə qarşı televiziya ilə yayılan yeni siyasi reklamı kəskin tənqid etmişdir. Reklamda Vietnam müharibəsinin veteranı senator Kerrinin Vietnam müharibəsindəki xidmətlərinin şişirdildiyi bildirilir. Senator John McCain reklamı təhqir edici və qeyri həqiqi adlandıraraq prezident Buşu bu reklamı məhkum etməyə çağırmışdır. Ağ ev bildirib ki, prezident Buş seçki kampaniyasında senator John Kerrinin Vietnam müharibəsi vaxtındakı xidmətiləri məsələsinə toxunmayacaq.