Türkiyənin özəl nəqliyyat şirkəti bu gün deyib ki, İraqa davam edən xarici işçilərin oğurlanması və hədə-qorxu gəlinməsinin qarşısı alınmalıdır. Həmin şirkət bildirib ki, militantlar onlara şirlkətin İraqı tərk etməsinə 48 saat vaxt verib. Əks təqdirdə onlar şirkətin işçisi, girov götürülmüş Təhsin Topun başını kəsəcəkləri ilə hədələyiblər. Dünən Türkiyə bildirib ki, İraqda artıq üç türk girov götürülüb və iki nəfər də itkin düşüb. Onların taleyi hələ də məlum deyil.