Accessibility links

Haşim Ağacəri yenə də etiraz səsini ucaltdı - 2004-08-07


İranlı dissident Haşim Ağacəri məhkəmənin qərarına məhəl qoymayaraq ölkədə mətbuat azadlığının olmamasına etiraz edən 100-ə yaxın jurnalistin aksiyasına qoşulub. O, keçən şənbə günü iki illik həbsdən sonra azadlığa buraxılmışdı. Bu gün isə o, Tehranda kütlə qarşısında çıxış etmişdir. Ağacəri tənqidi yazılarını davam etməyə və etiraz səsini ucaltmağa söz vermişdir. Qollarına qara lent bağlamış jurnalistlər 1997-ci ildə islahat süarı altında hakimiyyətə gəlmiş prezident Xatəmidən azad mətbuat üçün şəraitin yaradılmasını tələb edirlər. 2000-ci ildən bəri İranda 100-dən çox qəzet bağlanmış və bir neçə jurnalist isə həbs edilmişdir.

XS
SM
MD
LG