Accessibility links

Sudan Darfur məsələsində ərəb ölkələrinin dəstəyini almağa çalışır - 2004-08-08


Sudan ölkənin Darfur regionunda yaranmış böhranla əlaqədar danışıqlarda ərəb ölkələrinin liderlərinin siyasi dəstəyini almaq istəyir. Sudanın xarici işlər naziri Mustafa Oman İsmayıl Ərəb ölkələri Liqasının yaranmış böhrana görə Sudan hökumətinə qarşı hər hansı sanksiya tətbiq edilməsinin əleyhinə olacağını gözlədiyini deyib. Xarici işlər naziri habelə deyib ki, o, Darfura daha artıq humanitar yardım göndərilməsi üçün Liqanın beynəlxalq ictimiayyətə təzyiq göstərəcəyinə inanır. Keçən həftə BMT-nin Təhlükəsizlik Şurası Darfurda ərəb yaraqlılarını 30 gün ərzində tərksilah etməsə, Sudan hökumətinə qarşı aksiya keçirəcəyilə hədələmişdi. BMT-nin qətnaməsində hökumət tərəfdarı militantlar zəncilərə qarşı genosid və vəhşikliklərdə ittiham olunmuşlar. BMT Darfurda döyüşlər nəticəsində 50 min adamın öldüyünü, bir milyon insanınsa yerlərindən köçkün düşdüyünü təxmin edir.

XS
SM
MD
LG