Accessibility links

Rəy sorğuları Kerrinin Buşdan az fərqlə irəlidə olduğunu göstərir - 2004-08-08


Taym jurnalının keçirdiyi sorğunun bu gün açıqlanmış nəticələrinə əsasən, senator Kerri seçicilərin 48 faiz, prezident Buş 43 faiz, müstəqil namizəd Ralf Neyder isə 4 faizinin dəstəyini alıb. Foks Nyus şirkətinin keçirdiyi sorğu Demokrat partiyasından prezidentliyə namizəd Con Kerrinin prezident Buşdan dörd faiz, Assoşieyted Press agentliyi və İnvestor Biznes Deylinin keçirdiyi sorğu isə üç faiz irəlidə olduğunu göstərir. Taym jurnalının min iki yüz nəfər arasında apardığı sorğuya əsasən, seçicilər cənab Kerrinin iqtisadi məsələləri prezident Buşdan daha yaxşı həll edə biləcəyinə inanır.

XS
SM
MD
LG