Accessibility links

Dünya neft qiymətləri rekord yüksəklikdədir - 2004-08-12


Dünya neft qiymətləri bu gün rekord yüksəkliyə qalxıb. Buna səbəb İraqda, Rusiyada və Venesuelada cərəyan edən hadisələrdir. Amerikada xam neftin qiyməti $45-a çatıb. Londonda da qiymətlər yüksəkdir. İraqda Şiə militantlarının ölkənin cənubundakı neft kəmərini partladacağı haqda verdiyi hədə, Venesuela populist-solçu prezident Huqo Şavezin prezidentliyi üzərində keçiriləcək referendum, və Rusiyada Yukos nəhəng neft şirkəti ətrafında davam edən qalmaqal yanacaq ehtiyatlarında ciddi azalma ilə nəticələnib.

XS
SM
MD
LG