Accessibility links

Taliban rəhbərliyi arasında parçalanma baş verir - 2004-08-14


Əfqanıstandakı Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri Taliban rəhbərliyinin parçalandığını bildirir. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi mayor Ckot Nelson deyir ki, dissident qrup olan Caişe müslimin və ya müsəlman ordusu ayrıca bir qrup təşkil edib. Bu da Taliban rəhbərliyinin parçalandığına bir işarədir. Nümayəndə həmçinin deyib ki, bu parçalanmanın Birləşmiş Ştatların başçılıq etdiyi hərbi qüvvələrə qarşı hücumlara necə təsir edəcəyi nəzərdən keçirilir. Əfqanıstan hökuməti bu son aylarda əcnəbi əsgərlərə, hökumət rəsmilərinə və humanitar yardım işçilərinə qarşı həyata keçirilən hücumların məsuliyyətini 2001-ci ildə hakimiyyətdən devrilən Taliban döyüşçülərinin üzərinə atıb.

XS
SM
MD
LG