Accessibility links

İraq milli konfransı Nəcəfə nümayəndə göndərir - 2004-08-16


Müvəqqəti məclis müəyyənləşdirməyə yığılışmış İraqlılar razılığa gəliblər ki, Nəcəf şəhərinə nümayəndə göndərsinlər. Onlar bununla radikal Şiə ruhanisi Muqtada əl-Sədri Amerika qüvvələri ilə hərbi qarşıdurmadan çəkindirməyə çalışırlar. Nəcəfdə əl-Sədr tərəfdarları ilə Amerikalılar arasında gedən döyüşlər Bağdada toplaşmış 1300 nəfərlik konfrasın əsas müzakirə mövzusuna çevrilib. Nəcəfə göndərilən nümayəndə heyəti Muqtada əl-Sədrdən müqəddəs Şiə ocaqlarını tərk etməyi və öz mübarizəsini hərbi müstəvidən siyasi müstəviyə keçirməyi xahiş edəcəklər. Xatırladaq ki, dünən Nəcəfdə 3 Amerika əsgəri öldürülüb.

XS
SM
MD
LG