Rusiya prezidenti Vladimir Putin bu gun gözlənilmədən bir həftədən sonra prezident seçkiləri keçirəcək Çeçenistana səfər edib. Prezident Putinin Çeçenistana səfəri may ayında hərbi parad zamanı gətlə yetirilmiş keçmiş kremlyönlü Çeçenistan rəhbəri Əhməd Gədirovun ad gününə təsadüf etmişdir. Prezident Putin cənab Gədirovun doğulduğu Sentoroy kəndində onun gəbrini ziyarət edib gül dəstəsi goymuşdur. Mərasimdə çıxış edərək Vladimir Putin gətlə yetirilmiş Çeçenistan prezidentini “sədaqətli, cəsarətli və şərəfli insan” adlandırmışdır. Prezident demişdir ki, onun ancaq bir məgsədi var idi - öz xalqına xidmət etmək. İndi əsas vəzifə Əhməd Gədirovun bütün planlarını həyata keçirməkdir. Russiya rəhbərinin Çeçenistana səfəri çeçenlərin bir həftədən sonra Əhməd Gədirovu əvəz edəcək prezident seçkilərinə gedəcəkləri zamanla üst-üstə düşür. Yaraqlıların rəhbəri Aslan Məshədov artıq bildirib ki, o, yeni seçilən prezidenti öldürəcək. Bununla bərabər regionda zorakılıqlar davam edir. Dünən yaraqlılar paytaxt Groznıda bir polis məntəgəsi və bir neçə seçki məntəgəsinə hücüm etmişlər. Groznı şəhərinin mərkəzində yerləşən polis idarəsinə maşından atəş açılmış, nəticədə beşi polis zabiti olmaqla azı yeddi nəfər gətlə yetirilmişdir. Russiya güvvələrinin Şimali Gafgazdakı nümayəndəsi İliya Şabalkin bildirmişdir ki, mülki insanlar da həmçinin hədəf alınmişdılar. Cənab Şabalkin bildirib ki, yaraglılar təhrikçilik planlaşdirmişlar. Birinci atəşi onlar bazarda alış-veriş edən insanlara açmış, nəticədə 16 nəfər yaralanmışdır. Hal-hazırda onlar xəstəxanadadırlar. Çeçenistandan Gara Dəniz kurortu Soçiyə gayıdan prezident Putin Çeçenistanın prezident seçkilərində qələbə əldə edəcəyi təxmin edilən daxili işlər naziri Əli Əlxanov və gətlə yetirilmiş prezidentin oğlu, baş nazir muavini Ramzan Gədirovla görüşmuşdür. Görüş zamanı Russiya rəhbəri Çeçenistan rəsmilərini regionda təhlükəsizliyin təmin edilməsi üçün daha ciddi iş aparmağa çağırmışdır. Onun sözü ilə desək, “Çeçenistanda təhlükəsizlik təmin edilməyincə nə sosial, nə də iqtisadi problemlərin həlli mümkün olacaq”. Bundan əlavə, cənab Putin Çeçenistan rəsmilərinin iqtisadiyyatın canlandırılması üçün federal büdcə fondlarından istifadə edilməsindənsə neftdən əldə edilən gəlirlərdən istifadə edilməsi təklifirni açıqlamışdır. 1996-cı ildə, iki illik müharibədən sonra Russiya goşunları regiondan geri çəkilmişdilər. 1999-cu ilin sentyabr ayında, Moskva və Russiyanın bir neçə şəhərində yaraglıların həyata keçirdiyi bomba partlayışları nəticəsində 300 nəfərin gətlindən sonra goşunlar yenə də bölgəyə gayıtmışlar.