Accessibility links

Pakistan Əl Qaidə üzvü olmaqda şübhələnilənləri həbs edir - 2004-08-22


Pakistan hökuməti Birləşmiş Ştatların səfirliyi və hərbi qərargah binası daxil olmaqla bir sıra hökumət binalarına hücum etməyi planlaşdıran Əl-Qaidə terror şəbəkəsinin üzvü olmaqda şübhələnilən azı 10 nəfərin həbs edildiyini bildirib. Pakistanın informasiya naziri Şeyx Rəşid Əhməd müxbirlərə deyib ki, tutulanlar avqustun 13-dən 21-nə qədər İslamabadda yüzlərlə adamı qətlə yetirməyi, şəhəri müxtəlif hissələrə bölməyi və hər hissədə əməliyyatlar həyata keçirməyi planlaşdırmışdılar. Plana əsasən onlar prezident sarayına, baş nazirin idarəsinə, Birləşmiş Ştatlar səfirliyinə və Ravalpindidəki ordu qərargahı binasına hücum etməli idilər. Cənab Əhməd deyib ki, misirlilər də bu planda iştirak ediblər. Misir qrupu özünü Əl-Qaidənin İslambuli Briqadası adlandırır. Bu qrup hələ vəzifəsinə başlamayan baş nazir Şövkət Əzizə qarşı həyata keçirilən nəaliyyətsiz intihar hücumunun məsuliyyətini öz üzərinə götürüb. Pakistan rəsmiləri bildirirlər ki, gələcək bir neçə həftə ərzində Əl-Qaidənin digər üzvlərini də ələ keçirə bilərlər.

XS
SM
MD
LG