Accessibility links

Əsrin sonunda yay mövsümü daha uzun olacaq - 2004-08-23


İsti günlər yay fəsli üçün gözlənilməz deyil. Lakin əsrin sonunda isti günlərin sayı artmış olacaq. Alimlər kompyuter modelindən istifadə etməklə istilik dalğalarının daha uzun və daha hərarətli olacağını müəyyən etmişlər. Kolorado ştatında yerləşən milli atmosfer araşdırmaları mərkəzinin təxminlərinə görə 21-ci əsrin sonunda yay mövsümü havanın temperaturu yüksələcək və mövsümün müddəti uzanacaq. Alimlərin araşdırmaları qlobal istiləşmənin 1995-ci ildə Amerika, 2003-cü ildə isə Avropaya olan təsirinə əsaslanır. Araşdırmalar Çikaqo və Paris şəhərlərinin istilik dalğaları haqda məlumat bazasını əsas götürür. Alimlər məlumatın dəqiqiliyinin gələcək araşdırmalra yardım etdiyini deyilər. Onların təxminlərinə görə əsrin sonunda Çikaqoda ən isti günlərin sayı 5-dən 9-a qalxacaq. Parisdə isə 11 isti gün 17 ilə əvəz ediləcək. Ötən əsrdən etibarən qlobal temperatur selsi ilə 0.5 dərəcə yüksəlmişdir. Bu tendensiyanın gələn yüzilliklərdə də davam edəcəyi gözlənilir. Alimlər atmosferin üst qatlarında karbon dioksid kimi istixana qazlarının artmasını temperaturun artmasına yol açdığını deyirlər.

XS
SM
MD
LG