Accessibility links

Əli Sistani Nəcəfə qayıdıb - 2004-08-26


İraq şiələrinin lideri Ayatolla Əli Sistani bu gün Nəcəfə qayıdıb, 3 həftədən artıqdır ki, davam edən qarşıdurmaya son qoyulması məqsədi ilə radikal ruhani Möqtəda Əl-Sədrin nümayəndələri ilə danışıqlara başlayıb. Hökumət danışıqlara yardım məqsədi ilə şəhərdə 24 saatlıq atəşkəs elan edib. Hər iki ruhaninin on minlərlə tərəfdarı Nəcəf və onun ətraflarında toplaşaraq, şəhərin və İmam Əli məqbərəsinin qorunması çağırışı ilə nümayiş təşkil ediblər. Qonşu Kufə şəhərində isə məscidə edilən hücum zamanı 74 adamın öldürüldüyü, 300-dən artığının yaralandığı xəbər verilir.

XS
SM
MD
LG