Amerikanın Olimpiyada komitəsi prezident Buşu Olimpiya oyunları ilə bağlı reklamını geri götürməyə çağırıb. Reklam Olimpiyada Komitəsinin bəzi üzvlərinin kəskin qəzəbi ilə qarşılanıb. Reklamda daha iki ölkənin azadalığa çıxdığı və daha iki terror rejiminə son qoyulduğu deyilir. Burada İraq və Əfqanıstan nəzərdə tutulur. Prezidentin seçki kampaniyası keçən həftə reklamı geri götürmək niyyətində olmadığını bildirmişdir.