Accessibility links

Rusiya Gürcüstanla danışıqlar aparmayacaq - 2004-08-27


Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında Rusiyanın Gürcüstandakı səfirliyi qarşısında nümayiş keçirildiyinə görə Gürcüstanla danışıqlar aparılmayacağı bildirilir. Bəyanatda deyilir ki, nümayiş BMT-nin 1963-cü il diplomatik əlaqələrlə bağlı Vyana konvensiyasının şərtlərinə ziddir. Konvensiyaya əsasən ev sahibi olan ölkələr diplomatik missiyaları təhlükəsiz iş şəraiti ilə təmin etməlidir. Nazirlik nümayişlərin ölkələr arasındakı əlaqələri şübhə altına aldığı və səfirlik işçilərinin təhlükəsziliyinə ciddi hədə törətdiyini bildirib.

XS
SM
MD
LG