Accessibility links

Nəcəf döyüşlərinə son qoyuldu - 2004-08-27


İraqda minlərlə şiə müsəlmanın mügəddəs Nəcəf şəhərindəki İmam Əli məgbərəsinə toplaşması üç həftə davam edən döyüşlərin sona çatdığına subüt idi. Məsciddəki səsucaldan cihazlarla şiə müsəlmanların radikal rəhbəri Mögtəda Əl-Sədrin müraciətini yayılmışdı. Müraciətdə Əl-Sədr tərəfdarlarını nəinki təkcə məscidi, hətta Nəcəf və Kufə şəhərlərini tərk etməyə çağırmışdır.Bu iki şəhər həftələrlə davam edən qızğın döyüşlərə səhnə olmuşdu. Əl-Sədrin yaraqlıları döyüşlər zamanı məsciddən baza kimi istifadə edirdilər.Bu gün Nəcəfdə bir neçə mətbuat nümayəndəsi bildirib ki, məsciddən silahla dolu bir neçə araba və raket gurğusu çıxarılmışdır. İraq polisi məscidi tərk edənləri yoxlamış və onların əksəriyyətinin silahsız olduğunu bildirmişdir.

XS
SM
MD
LG