Accessibility links

Iraqda Amerika əsgərləri yaralanıb - 2004-08-27


Birləşmiş Ştatlar hərbisi xəbər verir ki, 12 Amerika əsgəri Bağdadda ayrı-ayrı baş vermiş 3 qumbara hücumu nəticəsində yaralanmışdır. Şəhərin mərkəzində baş vermiş hücumlarla bağlı 8 şübhəli şəxs saxlanılmışdır. Bu arada şimaldakı Mosul şəhərində Amerika hərbi karvanı yolla gedirkən, maşına qoyulmuş bomba partlayışı nəticəsində 10 mülki İraq vətəndaşı və 1 Amerikalı əsgər yaralanmışdır. İraqın şimal-şərqində isə Birləşmiş Ştatlar Marinləri və İraq Milli Qvardiyası iri silah və sursat anbarı aşkar etmişlər. Tapıntı ilə bağlı 5 nəfər həbs edilib.

XS
SM
MD
LG