Accessibility links

Afinada Olimpiya oyunları davam edir - 2004-08-27


Olimpiya oyunlarının 14-cü günündə yaşlılar cavanlara qalib gəlib. 42 yaşlı 2 uşaq anası olan Alman Birgit Fişer kayak üzrə özünün 8-ci qızıl medalını əldə edib. Polşadan olan 36 yaşlı Robert Korzeniovski isə kişilərin 50 kilometrlik idman yerişində birinciliyi qazanıb. Bu arada Yunan hökuməti Afinada Olimpiyadanın bağlanışı ilə bağlı həmin ölkəyə gəlmiş Birləşmiş Ştatlar Dövlət Katibi Kolin Pauellin səfərinə etiraz edən nümayişçiləri zorakılığdan çəkinməyə çağırmışdır. Anti-qlobalizasiya fəalları bu gün və sabah cənab Pauellə qarşı etiraz nümayişi keçirməyi planlaşdırırlar. Gözlənilir ki, sabah Amerika siyasətinə və ələlxüsus Amerikanın İraqdakı müharibəsinə zidd mövqedə olan adamlar mərkəzi Afinadan Birləmiş Ştatların səfirliyinə yürüş edəcəklər.

XS
SM
MD
LG