Accessibility links

İraqın baş nazir müavini İrandadır - 2004-08-29


İraqın baş nazirinin müavini Bəhram Saleh İrana səfər edib. Cənab salehin səfəri İran İslam Cümhuriyyətinin İraqdakı yaraqlıları dəstəklədiyinə dair xəbərlərin yayıldığı bir vaxta təsadüf edir. O, Bağdandan təyyarə ilə birbaşa Tehrana gedib. Bu, iki ölkə arasında iyirmi beş ildən bəri ilk birbaşa uçuşdur. Cənab Salesin səfərinin məqsədi İraqın baş naziri Əyad Əlavinin səfərinə hazırlıqdır. İranın rəsmi xəbərlər agentliyi bildirib ki,Bəhram Saleh İranın xarici işlər naziri Kamal Xərrazi ilə İraqda girov götürülən İran diplomatı Feridun Cəhaninin məsələsini müzakirə edib.

XS
SM
MD
LG