Accessibility links

Respublikaçıların  Qurultayı Başlayır - 2004-08-29


Prezident Buşun reytinginin bir qədər artdığı bir zamanda Respublikaçılar partiyası prezident namizedinin rəsmən seçilib elən edildiyi ənənəvi qurultaya sabah başlayırlar. Vaşington Post qəzetində yazılır ki, respublikaçı partiyanın nümayəndələrinə görə qurultayda əhalinin İraqdakı müharibə və iqtisadi vəziyyətə görə narazılığı aradan götürülməyə çalışılacaq. Həmin məsələlər George Buşun yenidən prezident seçilməsini risk qarşısında qoymuşdur. İndiyə qədər Demokratların namizedi Con Kerri həmin məsələlərdən öz kampaniyası üçün istifadə etmişdir. Qurultayda Prezident Buş qətiyyətli və sabit mövgei olan bir lider olaraq təqdim ediləcək və Con Kerrinin bunun əksi olduğu qeyd olunacaq. Respublikaçıların qurultayı Nyu Yorkun nəhəng Madison Square Garden idman kompleksində keçiriləcək. Qurultay münasibətilə Nyu Yorkda başverə biləcək terorrçu hücumlara qarşı təhlükəsizlik tədbirləri möhkəmləndirilib. Bu gündən başlamaqla Nyu Yorkda qurultay müddətincə nümayişlər də keçirilir. Vaşington Tayms isə yazır ki, Nyu Yorkda Respublikaçıların 1980-ci illərdə Ronald Reaqanın vaxdından bəri ən təntənəli qurultayı keçiriləcək. Qəzet buna da işarə edir ki, qurultayda Respublikaçılar partiyasının mərkəzçilərinə daha geniş yer verilmişdir və bu da partiya daxilindəki mühafizəkarları narahat edir. Bu qurultayın maraqlı cəhətlərindən biri isə mühafizəkar bir Demokrat olan Georgia Ştatının senatoru Zell Millerin çıxışının da proqramda olmasıdır. Qurultayda xüsusilə axşamlar seçiciləri cəlb edəcək şəxslərin çıxışları proqrama salınır. Onların siyahısına Kaliforniyanın Valisi Arnold Şvarzeneger, Arizonadan Senator Con MacCain və Nyu York şəhərinin keçmiş Meri Rudlop Culiyani də daxildir. Demokrat Senator Zell Miller Demokratlar partiyasının özünü tərk etdiyini deyir və demokratlar partiyasını və Con Kerrini onun təngidi hansısa bir respublikaçının təngidindən daha təsirli olacaq.

Nyu York Tayms isə yazır ki, Prezident Buş seçki kampaniyasının istiqamətində bir başa rol oynamağa başlamışdır. Artıq ona kampaniyanın gedişi barədə gündəlik olaraq brifing verilir. Respublikaçıların qurultay üçün Nyu Yorka gəlməyə başladıqları bir zamanda Prezident Buş xüsusilə Senator Con Kerrinin təngid ediləcəyi məsələlər barədə özü qərarlar verməyə başlamışdır ki, bu prezident namizedləri üçün nadir hadisə hesaba olunur. Köməkçiləri deyirlər ki, Prezident Buş bu seçki kampaniyasını həyatının ən mühüm kampaniyası adlandırır. Bu ilki kampaniyanın əsas məqsədlərindən biri də seçicilərin seçkilərdə iştirak nisbətini artırmaqdır. Bu prezident seçkilərində də 2000-ci ildə olduğu kimi hər iki namizedə verilən səslərin bir birinə yaxın olması gözlənilir.

XS
SM
MD
LG