Birləşmiş Ştatlar bioloji və təhlükəli maddələrin araşdırılması məqsədi ilə Gürcüsytana nəzərdə tutduğu yardımın iki dəfə artırılacağını bildirib. ABŞ-ın Tbilisidəki səfirliyi bu haqda razılığın bu gün Tbilisidə imzalandığı və imzalanma mərasimində Senatın Xarici Əlaqələr komitəsinin sədri senator Riçard Lugarın iştirak etdiyini bildirib. Səfirliyin bildirdiyinə görə senator Lugar Tbilisidə Gürcüstanın bir sıra yüksək vəzifəli rəsmi şəxsləri ilə də görüşəcək.