Accessibility links

Israildə baş vərən partlayışda azı 15 nəfər həlak olmuşdır. - 2004-08-31


İsrailin cənubundakı Biir-Şeva şəhərinin mərkəzində iki sərnişin avtobusunda baş verən partlayış nəticəsində azı 15 sərnişin həlak olmuş, təxminən 100 adam müxtəlif bədən xəsarəti almışdır. İsrail polisi bildirir ki, biri-birindən təxminən 100 metrlik məsafədə olan bu iki avtubusda partlayış iki intiharçının özünü partlatmasından sonra baş verib. İsrailin televiziyası şəhərin mərkəzindəki küçədə iki avtobusdan birinin avlovlar içərisində olduğunu, digərinin də pəncərə şüşələrinin sındığını canlı olaraq nümayiş etdirib. Bu keçən mart ayından bəri İsrailin daxilində həyata keçirilən ilk intihar hücumudur. Livanın Hizbullah Televiziya kanalı Fələstinin mənbəələrinə istinadən bildirib ki, avtobuslardakı partlayış intiharçıların hücumu ilə bağlıdır. İsrailin Baş Naziri Ariel Şaron ölkəsinin radiosuna deyib ki, onun hökumətinin siyasəti terrorçulara qarşı mübarizə aparmaqdan ibarətdir. Baş Nazirin nümayəndəsi Raanan Gissim isə söyləyib ki, İsrail hökuməti vətəndaşlarını qorumaq üçün lazım olan bütün tədbirləri həyata keçirəcək. Fələstin Muxtar idarəsinin Kabinet Naziri Saeb Erekat deyir ki, Muxtar idarə İsrail və Fələstinin mülki hədəflərinə qarşı həyata keçirilən bütün əməliyyatları məhkum edir. Fələstin Həmas qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu gün səhər İsrailin əsgərləri Qəzzə zolağının şimalından İsrailə daxil olmağa çalışan silahlı bir fələstyinlini nəzarət altına alıblar.

XS
SM
MD
LG