Accessibility links

Respublikaçıların milli konvesiyası davam edir  - 2004-08-31


Konvensiyanın açılış mərasimi prezident Buşun liderliyinin alqışlanması ilə başlanmışdı. İdeologiyaları ilə Buşa yaxın olamayan şəxslər prezidentə şətsiz dəstək verdilər. Nümayəndələr qarşısında çıxış edən Senator Con Makkeyn prezident Buşun terrorla mübarizə və onun sözləri ilə deyilsə, İraqı azadlığa çıxarmaq qərarına yüksək qiymət vermişdi.Senator Con Makkeyn demişdir ki, prezident Amerikanı qüdrətli və təhlükəsiz bir ölkə etməyincə, rahatlıq tapmayacaq. Natiqlər arasında birinci xanım Laura Buş və Kaliforniya qurbarnatoru Arnold Şvartsnegger yer almışdı. Hazırda Amerikada təhsili təbliğ edən keçmiş kitabxanaçı Lora Buş həyat yoldaşının nəyə görə ikinci dəfə Amerika prezidenti seçilməyə layiq olduğu haqda danışıb. O deyib ki, bu çətin vaxtda prezident olmaq üçün Corc Buş şərəf və qətiyyətə malikdir. Nyu-Yorlun keçmiş meri Rudolf Culiani Nyu-Yokrda hələ bu qədər respublikaçı görmədiyni bildirmişdir. Con Kerrinin mövqeyini dəyişməsinə toxunan keçmiş mer demişdir ki, Con Edvarda iki Amerika lazımdır. Birində Con Kerri nəyəsə müsbət, digərində isə eyni məsələyə mənfi səs versin.

XS
SM
MD
LG