Accessibility links

Bu gün Prezident Buş Respublikaçıların Qurultayında çıxış edəcək - 2004-09-02


Gözlənilir ki, ikinci dövr üçün Respublikaçılar Partiyasının nominasiyanı qəbul edəcək prezident Buş bu gün çıxışının əsas hissəsini daxili və xarici siyasətdə əldə etdiyi uğurlara həsr edəcək. Amerika seçicilərindən dəstək istəyən prezident İraqda müharibəyə başlamaq qərarını bir daha haqq qazandıraraq dünyanın Səddam Hüseynsiz daha təhlükəsiz yer olduğunu vurğulayacaq.

Qurultayda dünən çıxış edən Vitse Prezident Dik Çeyni George Buşun terrora qarşı mübarizədəki liderliyini yüksək qiymətləndirdi. Eyni zamanda o, prezidentin Demokrat rəqibi Con Kerrini kəskin tənqid etdi. Çeyninin sözlərinə görə, Kerri Amerikaya qarşı terror hücumlarından sonra dünyanın necə dəyişdiyini dərk edə bilmir. Vitse-prezident qeyd edib ki, Con Kerri mühüm məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir. Respublikaçıların qala-tədbirində gözlənilməz hadisələrində biridə, Demokrat senator Zell Millerin Con Kerriyə qarşı kəskin tənqidi çıxışı oldu. Prezident Buşa dəstək verən senator Miller partiyadaşı Con Kerrini silahlı qüvvələrə etinatsız münasibət göstərməkdə suçdladı.

XS
SM
MD
LG