Accessibility links

C.Kerri respublikaçıların tənqidlərini rədd edir - 2004-09-03


Prezident Buşun çıxışı ilə başa çatan Respublikaçılar partyasının gurultayından sonra demokratlar partiyasından prezidentliyə namizəd Con Kerri dünən gecə təşkil edilən böyük bir mitinqdə çıxış edib. Senator Kerri respublikaçıların onun prezident olmaqa gadir olmadığına dair ittihamlarını kəskin təniqd edib. Ölkənin orta-qərb Ohayo ştatında çıxış edən senator Kerri deyib ki, prezident Buş amerikalıları aldatmiş və boş vədlərdən başqa onlara heç nə verməmişdir. Senator Kerri prezident Buşun İraqdakı müharibəyə rəhbərliyinin, işsizlik, səhiyyə və enerji giymətlərinin arması sahəsindəki fəaliyyətinin onun xalqa rəhbərlik etməyə gadir olmadığını göstərdiyini deyib. Prezident vəziyyətdən o gədər razıdır ki, hətta uğursuzluqları onu kursunu dəyişdirməyə vadar edə bilmir-deyə senator bildirib. Demokratlar partyasından prezidentliyə namizəd seçki kampaniyasının yüksək vəzifəli nümayəndələrin dediyi kimi yeni və daha sərt tərzdə aparır. Vietnam muharıbəsinin veteranı senator Kerri prezident Buşu və vitse-prezident Çeynini bu münaqişədə iştirakdan boyun gaçırmaqda günahlandırmışdır.

XS
SM
MD
LG