Accessibility links

Frensis qasırğası Florida ştatına yaxınlaşır - 2004-09-04


Şiddətli Frensis qasırğası Bahama adalarını keçərək bir az zəifləmiş və Floridaya yaxınlaşmaqdadır. Florida ştatının sahilyanı ərazisində yaşayan yüz minlərlə sakin öz evlərini tərk etmişlər. ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzi bildirib ki, küləyin sürəti saatda 165 kilometrə çatır. Qasırğanın Florida ştatının çox əhalisi olan şərq sahilinə bu gün axşam çatacağı və özü ilə güclü yağış və sel gətirəcəyi gözlənilir. Xatırladaq ki, üç həftə bundan əvvəl Çarli qasırğası Florida ştatında yüz minlərlə evin dağıdılmasına səbəb olbuşdu. Bunu nəzərə alaraq ştatın gubernatoru 2,5 million əhalinin sahilyanı əraziləri tərk etməsini tələb etmişdi.

XS
SM
MD
LG