İraqın şimalında özünüintihar bomba partlayışı nəticəsində 17 nəfər həlak olmuşdur. Birləşmiş Ştatlar və İraq oqdusu üsyançıların olduğundan şübhələnildiyinə görə şəhərə hücum etmişlər. Kərkük polisinin dediyinə görə, ozünüintiharçı maşınını polis akademiyasının yaxınlığında partlatmışdır. Mosulun yaxınlığında yerləşən Tal Afar şəhərində isə Birləşmiş Ştatlar və İraq ordusu ilə üsyançılar arasında baş verən döyüşlər nəticəsində 11 nəfər qətlə yetirilmiş, 50 nəfərdən çox adam yaralanmışdır. Üsyançılar tərəfindən atılan atəşə cavab olaraq Birləşmiş Ştatların hərbi təyyarəsi şəhərin yaxınlığına bomba atmışdır.